“Rusiyada Baxmutun ələ keçirilməsi Berlinin alınması kimi qeyd olunur” – ISWbackend

"Rusiyada Baxmutun ələ keçirilməsi Berlinin alınması kimi qeyd olunur" - ISW

Rusiyada Baxmutun ələ keçirilməsi Berlinin alınması kimi qeyd olunur.

KONKRET.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) son hesabatında deyilir. Bildirilir ki, “Vaqner” özəl hərbi təşkilatının dəstələri Baxmutun qərb inzibati sərhədinə çatıb.

Analitiklər deyirlər ki, Rusiya televiziyası Ukraynanın kiçik şəhərinin ələ keçirilməsi xəbərini epoxal hadisə kimi təqdim edib.

“Rusiya dövlət televiziyası Baxmutun guya tutulmasını taleyüklü tarixi hadisə kimi təqdim edib.

Kreml, yəqin ki, Baxmutun tutulmasını tarixi qələbə kimi təqdim etməyə çalışıb, çünki Ukraynada hələ də taktiki uğuru yoxdur”, – ISW bildirib.

ISW analitiklərinin sözlərinə görə, Rusiyanın Birinci Kanalı hətta bəyan edib ki, “vaqnerçilər” Baxmutda özlərini “Berlindəki babaları” kimi hiss etməlidirlər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*