Rusiya Federasiyasının Zabaykal diyarında və işğal olunmuş Krımda bəzi yanacaqdoldurma məntəqələri artıq benzini fiziki şəxslərə satmır. Yalnız müəssisə və təşkilatlara xüsusi kart təqdim etməklə yanacaq verilə bilir.
KONKRET.az xəbər verir ki, bu barədə “Krımskiy veter” və “Çita.ru” məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl Reuters agentliyi yanacaq bazarı iştirakçılarına istinadən avqust və sentyabr aylarında Rusiyada benzinin təchizatında problemlərin yaranacağı barədə xəbərdarlıq etmişdi.
Hazırda Rusiyada benzinin qiymətləri artmaqda davam edir. Hətta hökumətin ixracı qadağan etməsinə baxmayaraq, qiymətlərin yüksəlişi davam edir. Ekspertlərin sözlərinə görə, avqust ayından etibarən qiymət artımına əlavə olaraq məhsul qıtlığı təhlükəsi də yarana bilər.
Natiq Səlim,
KONKRET.az