Rusiyada kifayət qədər əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlılar var.
1992-ci il yanvarın 1-ə qədər hər iki ölkədə çalışmış şəxslərin qazandıqları stajlar qarşılıqlı olaraq nəzərə alınırdı. Həmin tarixdən sonra tərəflər arasında bu sahədə saziş olmadığına görə bunu həyata keçirmək mümkün olmayıb. Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında imzalanmış yeni müqavilə ilə hər iki ölkədə pensiya kapitalı olan vətəndaşlar bundan yararalana biləcəklər.
Şöbə müdirinin sözlərinə görə, sazişin qüvvəyə minməsindən asılı olamayaraq, bu günə kimi hər iki ölkədə pensiya kapitalı olan vətəndaşlar bundan yararalana biləcəklər. Sazişin 2-3 ay ərzində tətbiqinə start veriləcək.
Elnur Abbasov bildirib ki, əgər vətəndaşın hər iki ölkədə pensiya kapitalı varsa, alacağı məbləğ fərqli hesablanacaq.
Qeyd edək ki, nazirlik tərəfindən bundan əvvəl 10-dan çox ölkə ilə bənzər müqavilə imzalanıb.