Rusiyada daha bir təyyarə qəzaya uğradıbackend

Rusiyada daha bir təyyarə qəzaya uğradı

Rusiyanın Komi respublikasının Ust-Kulom bölgəsində yüngül mühərrikli təyyarə uçuş zamanı qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Mayın 17-də saat 17:35-də Ust-Kulom hava limanından havaya qalxarkən “Piper-PA28-140” markalı yüngül mühərrikli təyyarənin yüksək gərginlikli naqillərə çırpılaraq yerə düşməsi barədə məlumat daxil olub. Nəticədə yanğın baş verib. Təyyarədə iki nəfər olub. Ölən olmayıb, təyyarənin pilotu xəsarət alıb”, – FHN-in məlumatında qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*