Bryansk vilayətində qatar relsdən çıxıb və yanğın baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Boqomaz telegram kanalda məlumat verib.
Bryansk vilayətinin Uneçski rayonunda dəmir yolu relslərində partlayıcı qurğu işə düşüb, nəticədə yük qatarının lokomotivi və yeddi vaqon relsdən çıxıb.
“Bryansk-Uneça dəmir yolunun 136-cı km-də Unechski rayonunda naməlum partlayıcı qurğu işə düşüb, nəticədə yük qatarının lokomotivi relsdən çıxıb”, – deyə qubernator yazıb.
Hazırda ölən və yaralananlar barədə məlumat verilmir. Hadisə yerində yanğın baş verib və təcili yardım briqadası gəlib.
Yolun bu hissəsində nəqliyyatın hərəkəti dayandırılıb.
Qeyd edək ki, qatar yanacaq və tikinti materialları daşıyır.
Xuraman Etibarlı,
KONKRET.az