Rusiyada deputatı qardaşları öldürüb – Təfərrüatbackend

Rusiyada deputatı qardaşları öldürüb - Təfərrüat

Beslanda meyiti tapılan deputat Tamerlan Topçinovu qardaşları öldürüb.

KONKRET.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, buna səbəb kriminal aləmlə əlaqəli çoxdan bəri davam edən ailə münaqişəsi olub.

Deputatın qardaşlarından biri Alan Topçinov yerli  kriminal avtoritet Aslan Qaqievin dəstəsinin üzvü olub. 2013-cü ildə cinayət aləmi ilə əlaqəsinə son qoymaq qərarına gəlib və qrup liderindən onu sərbəst buraxmasını istəyib.

Ancaq Qaqiev buna razılaşmayıb və qardaşı üçün Tamerlan Topçinov ondan xahiş etməli olub.

Tərəflər məqbul şərtlərlə razılığa gəliblər, lakin Qaqiev sözünə əməl etməyərək Alanı öldürüb. Torchinovlar ailəsinin digər qardaşları Tamerlanı qohumunun günahı səbəbindən öldürülməkdə günahlandırıb. O vaxtdan bəri ailə iki düşərgəyə ayrılıb və düşmənçilik edib.

Qardaşlar uzun illər nifrət ediblər və Tamerlanı izləməklə Alanın intiqamını almağa hazırlaşıblar. Onlar bir neçə gün öncə deputatı oğurlayaraq öldürüb, sonra da basdırıblar. lenta.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*