Rusiyada drondan istifadəyə QADAĞA QOYULDUbackend

Rusiyada drondan istifadəyə QADAĞA QOYULDU

Moskva rəhbərliyi şəhərdə dronların uçuşlarına qadağa qoyub.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə paytaxt meriyası məlumat yayıb.

Bildirilib ki, müvafiq protokol Moskvanın operativ qərargahının iclası zamanı imzalanıb:

“İmzalanan sənəd pilotsuz uçuş aparatlarının (PUA) şəhər üzərində uçuşlarına icazənin verilməsi qaydasını tənzimləyir. İndi belə icazələrin yalnız dövlət ehtiyacları üçün verilməsi nəzərdə tutulur”, – məlumatda deyilir.

Bundan əlavə, iclas çərçivəsində qeyri-qanuni dron uçuşlarının qarşısının alınması, hava məkanından istifadə qaydalarının pozulmasına görə vətəndaşların və təşkilatların inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*