“Rusiyada düşmən axtarmağa ehtiyac yoxdur” – Zaxarovabackend

"Rusiyada düşmən axtarmağa ehtiyac yoxdur” - Zaxarova

Rusiya Ermənistanın düşməni deyil və heç vaxt da olmayacaq.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz təhqiredici şəxsi şeylərə, orada olan kobudluğa o qədər də əhəmiyyət vermədik. Lakin onların yalana, qeyri-dəqiqliyə və ya faktları öz əksi ilə əvəz etmək cəhdi bizim reaksiyamıza səbəb oldu, səfir XİN-ə dəvət edildi”, – Zaxarova bildirib.

Onun sözlərinə görə, Moskva, bir qayda olaraq, kobudluğa, “gündəlik boş müraciətlərə” reaksiya vermir.

Rusiyanın Cənubi Qafqazda, xüsusən də Qarabağdakı rolunu şərh edən Zaxarova qeyd edib ki, Azərbaycanın Qarabağdakı hüquqlarını Rusiya deyil, Ermənistan rəhbərliyi tanıyıb.

“Ermənistan xalqı buna necə reaksiya verəcək öz işidir. İrəvanda qəbul edilən qərarların günahını və məsuliyyətini Rusiyanın üzərinə atmaq lazım deyil. Rusiyada düşmən axtarmağa ehtiyac yoxdur”, – diplomat vurğulayıb.

Ariz Həsənoğlu

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*