Rusiyada elektronika və məişət texnikası ehtiyatları bu müddətə qədər tükənəcəkbackend

Rusiyada elektronika və məişət texnikası ehtiyatları bu müddətə qədər tükənəcək

Rusiya mağazalarının anbarlarında və rəflərində idxal olunan elektronika və məişət texnikası ehtiyatları yaya qədər tükənəcək

KONKRET.az xəbər verir ki, rus teleqram kanallarında yayılan şərhlərdə bildirilir ki, satıcılara və pərakəndə satışçılara yaxın mənbələrdən verilən məlumata görə avadanlıqlara həddindən artıq tələbat olsa və sanksiyadan öncə sifariş edilmiş partiyalar Rusiyaya gətirilməsə, ehtiyatlar daha tez tükənə bilər.

Mənbənin sözlərinə görə, Rusiya Federasiyasında paralel idxal mexanizmi işə başlasa, ilin ikinci yarısında kompüter çatışmazlığından qaçmaq mümkün olacaq. Bu halda Türkiyə, Qazaxıstan və Özbəkistandan mal partiyaları gələ bilər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*