Rusiyada Ermənistan vətəndaşı AXTARIŞA VERİLDİbackend

Rusiyada Ermənistan vətəndaşı AXTARIŞA VERİLDİ

Ermənistan vətəndaşı, 1990-cı il təvəllüdlü Aram Movsisyan Rusiyada axtarışa verilib.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, o, bir nəfəri öldürməkdə və daha iki nəfəri öldürməyə cəhddə şübhəli bilinir.

İstintaq müəyyən edib ki, Movsisyanla iki zərərçəkmiş arasında münaqişə baş verib. Bu zaman Movsisyan 42 yaşlı kişinin döş və kürəyindən dörd, 32 yaşlı Volqoqradlının ayağından isə üç bıçaq zərbəsi vurub. Zərərçəkənlər xəstəxanaya yerləşdirilsə də, 42 yaşlı Volqoqrad sakini aldığı xəsarətdən ölüb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*