Rusiyada futbolçu oyun zamanı öldübackend

Rusiyada futbolçu oyun zamanı öldü

Rusiyada 26 yaşlı futbolçu Artyom Kalmıkov Moskva vilayəti çempionatının B-3 liqasının “Parkovıy” və “Nara” komandaları arasında keçirilən matçda dünyasını dəyişib.

KONKRET.az bu barədə SHOT “Telegram” kanalına istinadla xəbər verir.

Kalmıkov “Parkovıy” klubunda çıxış edib. O, matçın 60-cı dəqiqəsində yıxılaraq huşunu itirib.

Futbolçunu meydançadan çıxarıblar, təcili yardım gələnə qədər idman həkimi onu reanimasiya etməyə çalışsa da, uğursuz olub.

Nəticədə Kalmıkov dünyasını dəyişib. Futbolçunun oyun zamanı ölməsi ilə bağlı araşdırma aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*