Moskvada nəhəng buz parçası Fövqəladə Hallar Nazirliyinin 50 yaşlı general-leytenantının üzərinə düşüb.
KONKRET.az xəbər verir ki, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Operativ İdarəetmə Departamentinin direktoru Anatoli Yelizarov buz parçasının qoparaq üzərinə düşməsi nəticəsində xəstəxanaya yerləşdirilib.
Sosial şəbəkələrdə böyük buzun binadan necə qopduğunu göstərən video nümayiş etdirilir. Hadisə Moskvada baş verib. Hadisə zamanı Yelizarov həmin an binanın yaxınlığından keçib. Buz parçası onun başına düşüb.
Generalın vəziyyəti ağırdır, onun sınıqları və kəllə-beyin travması var.
O da məlumdur ki, Rusiya prokurorluğu yoxlama aparır və evin damının qardan təmizlənməsinə cavabdeh şəxsləri axtarır.
Xuraman Etibarlı,
KONKRET.az