Rusiyada helikopter qəzasının təfərrüatı MƏLUM OLDUbackend

Rusiyada helikopter qəzasının təfərrüatı MƏLUM OLDU

Xəbər verdiyimiz kimi, dünən Rusiya Federasiyasının tərkibində olan Udmurtiya Respublikasında helikopter qəzaya düşüb.

KONKRET.az Rusiya KİV-ə istinadən xəbər verir ki, “Mi-2” tipli helikopterin İjevskdə sərt eniş etdiyi məlum olub.

Helikopterin göyərtəsində iki nəfər olub və xilasediciləri məhz onların çağırdığı bildirilir.

Bununla belə, ekipaj üzvlərindən biri həlak olub, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*