Rusiyada hər şey çökür, yalnız bu biznes sürətlə inkişaf edirbackend

Rusiyada hər şey çökür, yalnız bu biznes sürətlə inkişaf edir

Son üç ildə Rusiyada dəfn xidməti sektorunda təsəvvüredilməz bum yaşanır. Məsələn, bu ilin yanvar-aprel aylarında dəfn şirkətləri 39.5 milyard rubl qazanıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12.7 faiz çoxdur.

KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli bildirib.

O xatırladıb ki, Rusiyanın neft şirkətlərinin gəlirləri ötən illə müqayisədə yarıbayarı azalıb, qaz və kömür sənayesi zərərlə işləyir:

“Dəfn xidməti ilə məşğul olan şirkətlərin gəlirləri son üç ildə yüksələn xətlə artır. Qəbir qazmaq Rusiyada ən gəlirli peşələrdən birinə çevrilib. Bütün bunlar Rusiyanı qaçılmaz çöküşə və parçalanmaya doğru aparır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*