Rusiyada koronavirus epidemiyası yaza qədər qurtaracaq – Anna Popovabackend

Rusiyada koronavirus epidemiyası yaza qədər qurtaracaq – Anna Popova

Rusiyada koronavirus epidemiyası gələn yaza qədər və ya hətta daha tez başa çata bilər.

KONKRET.az  xəbər verir ki, «Rospotrebnadzor»un başçısı Anna Popova belə hesab edir.

O, həmin optimist proqnozu dekabrın 19-da Nailə Əsgərzadənin «Təhlükəli virus. Birinci il» filmində («Rossiya 1» kanalı) səsləndirib. «O, yaza qədər başa çatacaq. Əgər biz, çalışsaq, bir qədər də tez qurtarar. Bu gün hər kəsdən asılıdır» – «TASS» agentliyi Popovadan sitat gətirir.

Elə həmin filmdə çıxış edən səhiyyə naziri Mixail Muraşko xəbər verib ki, Rusiyada əhalinin 60 faizinin peyvənd olunacağı planlaşdırılır ki, bu da epidemiyanı dayandırmağa imkan verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*