Rusiyanın Tatarıstan Respublikasında yerləşən “Nijnekamskneftexim” zavodunda baş verən yanğınla müşayiət olunan partlayışla əlaqədar Nijnekamskda üç günlük matəm elan edilib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə hadisənin baş verdiyi şəhərin meri Radmir Belyayev məlumat verib.
Onun sözlərinə görə, bölgədə bütün əyləncə və ictimai tədbirlər ləğv edilib, dövlət bayraqları yarıya endirilib.
Qeyd edək ki, hadisə zamanı üç nəfər ölüb, 72 nəfər yaralanıb./ajansaz
