Rusiyada mayın 9-da keçiriləcək paradlar kütləvi şəkildə LƏĞV EDİLİRbackend

Rusiyada mayın 9-da keçiriləcək paradlar kütləvi şəkildə LƏĞV EDİLİR

Rusiyada mayın 9-da keçiriləcək paradlar kütləvi şəkildə ləğv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Layout” nəşri məlumat yayıb. Bildirilir ki, Rusiyanın ən azı 21 şəhərində 2023-cü ildə Qələbə Günü paradları ləğv edilib.

Paradlardan “təhlükəsizliyə görə” imtina edən şəhərlər arasında Kaluqa, Ryazan, Orel, Saratov, Lipetsk, Yelets və Tümen var.

Pskov və Velikiye Lukidəki paradların ləğvini regionun rəhbəri Mixail Vederniko fərqli şəkildə təqdim edib.

“Atəşfəşanlıq səsləri müharibə iştirakçılarının narahatlığına səbəb olacaq”, – o deyib.

Kurskda və Belqorodda “düşmən təxribatına görə” parad keçirilməməsi qərara alınıb.

Bryansk, Krasnodar və Soçidə səlahiyyətlilər paradların ləğvini izah etməyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*