Rusiyada məşhur olan azərbaycanlı müğənnilər hər konsertdən nə qədər qazanırlar?backend

Rusiyada məşhur olan azərbaycanlı müğənnilər hər konsertdən nə qədər qazanırlar?

Rusiyanın PROCONCERT konsert və bayram tədbirləri agentliyi məşhur ifaçıların qonorarı ilə bağlı məlumat dərc edib.

KONKRET.az xəbər verir ki, qeyd olunan sənətçilərin qonorarları göstəriləndən yuxarı və ya aşağı ola bilər. Bu, tədbirin formatından, sənətçinin qastrol qrafikindən, tədbirin keçirildiyi məkandan asılıdır və hər bir halda fərdi şəkildə danışıqlar aparılır.

Qeyd olunur ki, qiymətlərə sənətçilərin məişət və texniki xərcləri daxil deyil.
Agentliyin məlumatına görə, konsert üçün ən yüksək qonorarı Filipp Kirkorov alır. Onun qonorarı 10 milyon rubl (təxminən 279 min manat) təşkil edir.

Agentliyin təqdim etdiyi ifaçıların siyahısına Rusiya və MDB ölkələrində məşhur olan Azərbaycan əsilli sənətçilər də daxildir. Onların qonorarları aşağıdakı kimidir:

EMİN – 7 milyon rubl (195 000 manatdan çox);

Jah Khalib – 3,5 milyon rubl (təxminən 98 min manat);

Jony – 3 milyon rubl (təxminən 84 min manat);

HammAli & Navai – 3 milyon rubl (təxminən 84 000 manat).

  • Nadir Həsənov
    Dekabr 1, 2022 - 09:20

    Emindən başqa hamısı molla saqqalı saxlayır. Görəsən bu saqqal epidemiyası nə vaxt sona çatacaq?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*