Rusiyada miqrantlara nəzarət qaydaları sərtləşdirilirbackend

Rusiyada miqrantlara nəzarət qaydaları sərtləşdirilir

Rusiyada polis əməkdaşları deportasiya rejiminə düşən əcnəbilərin faktiki yaşadığı yerlərə maneəsiz daxil olmaq hüququ əldə edəcək.

KONKRET.az Trend-ə istinadla xəbər verir ki, müvafiq normalar 2025-ci il martın 5-dən qüvvəyə minəcək qanunda nəzərdə tutulub.

Yeni qanuna əsasən, polis əməkdaşları dövlət və xarici orqanlardan miqrantlarla bağlı zəruri məlumat və sənədləri tələb etmək hüququna malik olacaq. Bu, o cümlədən kommersiya, bank, vergi və qanunla qorunan digər məlumatlara da şamil edilir. Deportasiya rejimində olan əcnəbilərin bank hesablarının mövcudluğu, hərəkəti və digər detalları ilə bağlı məlumatlar da banklardan tələb edilə biləcək.

Bundan əlavə, Daxili İşlər Nazirliyinin əməkdaşlarına texniki vasitələrdən istifadə etməklə miqrantlara nəzarət aparmaq imkanı veriləcək. Bu texniki nəzarət, həmçinin belə əcnəbilərə “Rusiya ərazisində qalmaqda yardım edən” şəxslərə də aid ediləcək.

Polisə miqrantların mobil cihazlarındakı məlumatlara, geolokasiya məlumatlarına və üztanıma sistemlərindəki məlumatlara giriş hüququ da veriləcək. Qanun, miqrasiya siyasətində dövlət nəzarətini gücləndirmək məqsədi daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*