Rusiyada müsəlman məhbuslara işgəncə və təcavüz faktlarının ÜSTÜ AÇILDIbackend

Rusiyada müsəlman məhbuslara işgəncətəcavüz faktlarının ÜSTÜ AÇILDI

Rusiyada Federal Penitensiar Xidmət (FPX) zabitlərinin məhbuslarla işgəncə faktları bitmir. Hət gün yeni təcavüz və işgəncə faktları üzə çıxır.

KONKRET.az xəbər verir ki, Qulagu.net-in hüquq müdafiəçiləri FPX zabitlərinin illərlə müsəlmanları işgəncə ilə zorladığını və alçaltdığını, zorakılığın dayandırılması üçün 10 milyon rubl tələb etdiklərini bildiriblər.

“Kapo sadistləri müsəlmanları vəhşicəsinə döyüb işgəncə veriblər, İrkutsk və Saratov işgəncə kameralarında zorlayıblar, Quranı cırıblar, zorlamanı videoya çəkiblər, FPX əməkdaşları onlardan namaz xalçalarını alıb, döyüb bağlayıblar, kapolar onların ağzına qaynar donuz bulyonu töküblər. Onların sinəsi üzərində xaç qoyublar – və bu faktlara görə, möminlərin hisslərini təhqir edən heç bir cinayət işi yoxdur”.

Qeyd edək ki, bir müddət öncə FPX-də məhbusları zorlama, alçaltma, işgəncə vermə faktları ilə bağlı tükürpədən videolar yayılıb.

Xuraman Etibarlı

KONKRET.az

  • Vuqar
    Oktyabr 30, 2021 - 18:26

    Bu rusların müsəlmanlara qarşı gizlin şovinist siyasətlərinin bir isbatidir ,hələ bilinməyən yüzlərlə,minlərlə belə hadisələr var ki,gizlədilir!
    Rusların müəyyən kateqoriyası varki,onları ağıllandırmaq lazımdır,şimali Qafqazdakı kimi!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*