Rusiyada “od qiymətinə”dir, Azərbaycanda isə… – Kartof niyə yoxa çıxıb?backend

Rusiyada "od qiymətinə"dir, Azərbaycanda isə... - Kartof niyə yoxa çıxıb?

Rus mətbəxinin ayrılmaz hissəsi sayılan kartof son günlər “qızıl qiymətinə” satılır. “İkinci çörək” kimi tanınan bu məhsulun qiyməti cəmi bir həftə ərzində 20 faizdən çox artıb. Ötən payızda kilosu 44 rubl olan kartof əvvəlcə 90-99 rubl civarına qalxıb, hazırda isə 120 rubla qədər bahalaşıb.

Maraqlıdır, bu qiymət artımı Azərbaycan bazarına nə dərəcədə təsir göstərə bilər?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib ki, Rusiyada kartof istehsalında azalma müşahidə olunur:

Novruz bayramına qədər qiymətlər yavaş-yavaş qalxacaq" - Akif Nəsirli

“Ötən illə müqayisədə ölkədə kartofun məhsuldarlığı təxminən 12 faiz aşağı düşüb. Bu azalma nəticəsində Rusiyada 2024-cü ildə 18 milyon tona yaxın kartof istehsal olunub. Halbuki ölkənin illik kartofa olan tələbatı 20 milyon tondan çoxdur. Yaranan bu çatışmazlığı aradan qaldırmaq məqsədilə Rusiya 2025-ci ilin ilk 6 ayı ərzində 150 min ton kartof idxalına tətbiq olunan rüsumları ləğv edib. Lakin hazırkı dövrə qədər bu kvotanın yalnız 20 min tonu istifadə olunub. Yəni ölkəyə cəmi 20 min ton kartof idxal edilib. Bu da ölkədə vəziyyətin kifayət qədər gərgin olduğunu göstərir”.

İqtisadçı qeyd edib ki, Azərbaycan kartof tələbatını əsasən İran, Gürcüstan və digər ölkələrdən təmin edir.

“Rusiyadan isə çox az miqdarda kartof idxal olunur. Son dövrlərdə Azərbaycanda da kartof qıtlığı hiss edilir. Qiymətlər kifayət qədər yüksəkdir ki, bu da daxili ehtiyatların tükənməsi ilə bağlıdır. Hazırda bazarlarda satılan kartofun böyük hissəsi xarici mənşəlidir. Rusiyada baş verən istehsal azalması Azərbaycanın kartof idxalına bir qədər təsir etsə də, bu, fəlakət sayıla bilməz. Çünki İran, Gürcüstan, Belarus, hətta Pakistan kimi ölkələrdən idxal edilən kartof Rusiyadan gələn məhsulu müəyyən qədər əvəzləyə bilər”.

Aynurə İsmayıl

KONKRET.az

  • Ramiz
    May 3, 2025 - 07:50

    İndi niyə kartofa olan tələbatımız ödənmir? Əvvəl deyirdilər ən münbit torpaqlar işğal altındadır, bəs indi kimin altındadır? Azərbaycanda torpaqlardan səmərəli istifadə olunsa hətta xarici ölkələrə kartof və digər kınd təsərrüfatı məhsulları sata bilırik. Qarabağdan əlavə elə avtomagistirslların kənarlarında, dağlı

    Yardımlı, Lerik və s dağ ətəyi rayonlarda ər
    min hektarlarla torpaqlar isyifadəsiz qalmaqdadadır. Məmur və oliqarxlar torpaqları mənimsəyib istigadəsiz ssxlayırlar. Ona görə bazar və marketlərdə qiymətlır bahadır. Bazarlar qəsdən sıxışdırılırki insanlar məcburi olaraq yalnız marketlərdən alış veriş etsinlər.Qarabağda Sərsəng, Su qovuşan, Füzulidəki dəryaça təmiz su mənbələri olsa da Bakının Sabunçu rayonu Ləhiş bağlar massivinin 32, 33-cü yaşayış massivləri hələ də susuzdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*