Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynlidən açıqlama – VİDEObackend

Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynlidən açıqlama - VİDEO

“Yaşı 60-a yaxınlaşmış qardaşlarımın günahsız olduqları halda mühakiməsiz işgəncə altında həyatlarına son qoyublar”.

KONKRET.az xəbər verir ki, bu sözləri İTV-yə açıqlamasında Rusiyanın Yekaterenburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların qardaşı, jurnalist Seyfəddin Hüseynli deyib.

“Rusiyanın dırnaqarası hüquq-mühafizə orqanları evlərindən vəhşicəsinə, döyə-döyə gecənin bir aləmi aparıblar. Onlarla başqa soydaşlarımızı da aparıblar. Təəssüf ki, dünən axşamdan etibarən orada öldürülənlərin xəbərləri gəlir. Ağır vəziyyətə salınmış, elektrik cərəyanına məruz qalmış azərbaycanlılara dövlətimizin müdaxiləsindən sonra tibbi xidmət göstərilib” deyə, o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*