Rusiyada kütləvi zəhərlənməyə görə azərbaycanlılar həbs edildi – FOTOLAR + VİDEO / YENİLƏNİBbackend

Rusiyada kütləvi zəhərlənməyə görə azərbaycanlılar həbs edildi - FOTOLAR + VİDEO / YENİLƏNİB

Orenburq vilayət məhkəməsi saxta içkilərdən zəhərlənmə faktı ilə bağlı 5 nəfər barəsində həbs qətimkan qərarı çıxarıb, daha 4 nəfər isə şübhəli qismində saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.

İş üzrə materiallar Orsk şəhəri Sovetskiy Rayon Məhkəməsi, Dombarovskiy Rayon Məhkəməsi və Yasnenskiy Rayon Məhkəməsi tərəfindən araşdırılıb.

Son məlumatlara görə, zəhərlənmə qurbanlarının sayı 29 nəfərə çatıb.

Daxili İşlər Nazirliyi sakinlərin ölüm səbəblərini müəyyən etmək üçün bir sıra müayinələr keçirib. Ümumilikdə iki minə yaxın obyektin ekspertizası aparılıb. Bəzi şüşələrdə metanolun artıq olduğu müəyyən edilib./report

***

Rusiyanın Orenburq vilayətində saxta spirtli içkidən zəhərlənərk ölənlərin sayı 30-a çatıb.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, saxta içki satışı ilə bağlı 9 nəfər şübhəli şəxs saxlanılıb. Onlardan 3-ü azərbaycanlıdır. 1992-ci il təvəllüdlü Şirvan Səxavət oğlu Babazadə, 1986 və 1987-ci il təvəllüdlü Əliyev soyadlı şəxslər də daxil olmaqla saxlanılanlar barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, saxta spirtli içki səbəbindən zəhərlənən 54 nəfər hazırda xəstəxanadadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*