Moskvanın “Jukovski” hava limanında Rusiyanın Ural Hava Yollarına məxsus təyyarə uçuş-enmə zolağında iti öldürüb.
KONKRET.az xəbər verir ki, bu barədə “Aviatorshchina” Teleqram kanalı yazıb.
Hadisə Düşənbə-Moskva reysi ilə uçan “Airbus 321” təyyarəsi eniş edərkən baş verib. Qeyd olunur ki, insident zamanı təyyarədə olan 215 sərnişindən, eləcə də 8 ekipaj üzvündən heç biri xəsarət almayıb. Təyyarəyə də ziyan dəyməyib.