Rusiyada toy kortejində atəş açan azərbaycanlılar… – Videobackend

Rusiyada toy kortejində atəş açan azərbaycanlılar... - Video

Rusiyanın Yoşkar-Ola şəhərində polis əməkdaşları toy kortejindən atəş açmaqda şübhəli bilinənləri saxlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Toy kortejindən atəş açan şəxslərin azərbaycanlılar olduğu bildirilib.

“Əməliyyatçılar tərəfindən araşdırma aparılıb. Xuliqanlıqda şübhəli bilinən şəxslər saxlanılıblar. Silahlar onlardan müsadirə edilib”, – məlumatda bildirilib.

Avtomobillərin iki sürücüyə qarşı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 12.37 və 12.2-ci maddələri ilə inzibati protokollar tərtib edilib. İstintaq materialları əlavə hüquqi araşdırma üçün istintaq orqanlarına göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*