Rusiyada 1 aprel tarixindən etibarən əcnəbi uşaqların məktəbə qəbul olunması üçün rus dili imtahanı məcburi hal alıb. İlk beş ayın nəticələri göstərib ki, miqrant uşaqlarının demək olar 90 faizi təhsil almaq imkanından məhrum olub.
KONKRET.az xəbər verir ki, Kommersant-ın dərc etdiyi məlumatlara əsasən, bu müddətdə 23,6 min ərizə təqdim olunub. Onlardan cəmi 8 minə yaxını imtahana buraxılıb, lakin yalnız yarısı tapşırıqların öhdəsindən gələ bilib.
Regionlardan verilən açıqlamalarda əsas səbəb kimi uşaqların rus dilini kifayət qədər bilməməsi və məhdud danışıq təcrübəsi göstərilir. Bir sıra bölgələrdə isə əcnəbi məktəblilərin sayı 7–10 dəfə azalıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az