“Rusiya Federasiyasındakı bazalar qanuni hədəflər olmalıdır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri “ABC News” telekanalına müsahibəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə keçmiş müavini Viktoriya Nuland bildirib.
Onun sözlərinə görə, Rusiyanın Xarkova endirdiyi zərbələr ABŞ-nin Ukrayna ordusuna kömək etmək vaxtının çatdığına dair siqnaldır.
Onun sözlərinə görə, Rusiyanın bu müharibəni açıq-aşkar qızışdırması bu vaxtın çatdığını göstərir. Çünki Rusiya cəbhə xəttində olmayan və Ukraynanın ikinci şəhəri sayılan Xarkova hücum etməklə onu məhv etməyə çalışır: “Rusiya daxilindəki bu bazaları vurmaqda ukraynalılara daha çox kömək etməyin vaxtı çatıb”.
Xatirə SADİQ,
KONKRET.az