Rusiya və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair yeni sazişin imzalanması planlaşdırılır.
KONKRET.az Globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin müvafiq sərəncam imzalayıb. Bu sahədə anışıqların aparılması barədə qərar qəbul edilib.
Sənədə əsasən, Rusiya Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında saziş üzrə danışıqlar aparılacaq.
Qeyd olunur ki, qərar “Rusiya Federasiyasının beynəlxalq müqavilələri haqqında” Federal Qanunun 11-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq qəbul edilib.
Yeni sazişin aqrar sahədə ikitərəfli əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyi gözlənilir.