Rusiyadan Dubaya uçan təyyarə geri qayıtmalı oldubackend

Rusiyadan Dubaya uçan təyyarə geri qayıtmalı oldu

Yekaterinburqdan Dubaya uçan Ural Hava Yollarına məxsus təyyarə sərnişinin özünü pis hiss etməsi səbəbindən uçuş hava limanına qayıdıb.

KONKRET.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

“Yekaterinburq – Dubay (Əl-Maktum) marşrutu üzrə U6-737 reysini həyata keçirən “Airbus A320″ qadın sərnişinin səhhətinin pis olması səbəbindən 1 saat 10 dəqiqədən sonra Koltsovoya qayıdıb”, – deyə məlumatda bildirilir.

Qadın həkimlərin tövsiyəsi ilə uçuşdan çıxarılıb, təyyarə yenidən uçuşa hazırlaşır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*