Rusiyadan Ermənistana daha bir QADAĞAbackend

Rusiyadan Ermənistana daha bir QADAĞA

Rusiyanın baytarlıq və fitosanitar nəzarəti üzrə federal xidməti olan “Rosselxoznadzor” aprel-iyun aylarında Ermənistandan Rusiyaya ixrac edilən meyvə-tərəvəz partiyalarında pozuntular qeydə alıb və müvəqqəti məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.

KONKRET.az xəbər verir ki, “Rosselxoznadzor”un rəis müavini Karmazin iyulun 4-də yazdığı məktubda Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi İdarəsinin rəhbəri Armen Ayrapetyana qərarın səbəbini açıqlayıb.

Məktubda deyilir:

“2024-cü ilin aprel-iyun ayları ərzində Ermənistan Respublikasından Rusiya Federasiyasına ixrac edilən meyvə-tərəvəz məhsullarında (alma, pomidor) pestisid qalıqlarının yol verilən maksimum həddi aşması ilə bağlı 8 yeni hal aşkar edilib”.

Karmazinin məktubunda həmçinin bildirilir ki, “Rosselxoznadzor” mövcud vəziyyətdən narahatlığını ifadə edir, bununla əlaqədar olaraq qeyd olunan halların rəsmi şəkildə araşdırılmasını və Rusiya Federasiyasına təhlükəli məhsulların tədarükünün qarşısının alınması üçün görülən tədbirlər barədə bir daha məlumat verilməsini xahiş edir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*