Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yerevanın rusiyalı hərbi müxbir Dmitri Seleznyova ölkəyə girişi qadağan etməsi ilə bağlı narahatlığını ifadə edib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, hazırkı Ermənistan rəhbərləri “söz azadlığı uğrunda mübarizə dalğasında hakimiyyətə gəliblər, amma vəziyyət bu yerə gəlib çıxıb”.

Zaxarova qeyd edib ki, Rusiyanı xüsusilə narahat edən məsələ qadağanın müddətsiz xarakter daşıması və onun ləğvi üçün hər hansı mexanizmin olmamasıdır.
O xatırladıb ki, Seleznyov 2020-ci ildə Ermənistan–Azərbaycan münaqişəsini işıqlandırıb və Moskvanın bu məsələ ilə bağlı Ermənistandan izahat tələb etdiyini bildirib. “Ümid edirik ki, qərar onun jurnalist fəaliyyətinə bağlı deyil. Əks halda bu, Paşinyanın təbliğ etdiyi mətbuat azadlığı tərəfdarı obrazı ilə heç cür uzlaşmır”, — deyə XİN nümayəndəsi vurğulayıb.
Ağagül Mürsəlov,
KONKRET.az

