Rusiya NATO-nun müdafiə xərclərini artırmaq planları fonunda ən pis vəziyyətə hazırlaşacaq.
KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Biz ən pis ssenariyə hazırlaşmalıyıq. Onların bəzi planlarının həyata keçməyəcəyinə ümid etməməliyik. Biz sakit şəkildə təhlükəsizliyimizi və müdafiə qabiliyyətimizi təmin etməliyik”, – Qruşko vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az