Rusiyadan Özbəkistana uçan 4 təyyarə əlverişsiz hava səbəbindən başqa şəhərlərə eniş edibbackend

Rusiyadan Özbəkistana uçan 4 təyyarə əlverişsiz hava səbəbindən başqa şəhərlərə eniş edib

Moskva, Sankt-Peterburq, Yekaterinburq və Ufadan Özbəkistanın Nəvai, Tirmiz və Namanqan şəhərlərinə uçan təyyarələr təyinat məntəqələrində duman olduğundan başqa  hava limanlarına yönləndirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Özbəkistan Hava Yollarının  mətbuat xidməti məlumat yayıb. Aydın olub ki, “Uzbekistan Airways”in Vnukovo-Buxara  və “Red Wings Airlines”-ın Yekaterinburq-Buxara reysləri Nəvai hava limanına enib. Sərnişinlərə yerüstü nəqliyyat vasitəsi ilə son mənzillərə çatdırılacağı vəd edilib. Özbəkistan Hava Yollarına məxsus Sankt-Peterburq-Termez reysini həyata keçirən təyyarə Səmərqənddə, Ufa-Namanqan reysini icra edən hava gəmisi  isə Daşkətdə eniş edib. Yeri gəlmişkən, daha əvvəl bildirilmişdi ki , Kamçatkada təyyarə yanğın sensorlarının işə düşməsi səbəbindən geri  qayıdıb. Sonradan məlum olub ki, həyəcan siqnalı yalan imiş.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*