Rusiyada mülki və xidməti silahlar üçün nəzərdə tutulan patron və gilizlərin ixracına qadağa qoyulub.
KONKRET.az xəbər verir ki, bununla bağlı Rusiyanın Baş naziri Mixail Mişustin sərəncam imzalayıb.
Qeyd olunub ki, qadağa cari ilin dekabrın 31-nə qədər qüvvədə olacaq.
Məlumata görə, bu, Rusiya Silahlı Qüvvələrinin fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan patron və gilizlərə şamil edilmir.
Sözügedən qərar Rusiyanın maraqlarının qorunmasının təmin edilməsinə yönəlib.