Noyabrın 25-də Monakoda helikopter qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Monaco Daily News” məlumat yayıb.
Bildirilib ki, helikopterdə rusiyalı iş adamı, “Forex Club”un təsisçisi Vyaçeslav Taran və 35 yaşlı pilot olub.
Onların hər ikisi qəzada həlak olub.
Helikopter şirkəti “Monacair” istintaqın təfərrüatlarını şərh etməkdən imtina edib.
Qeyd edək ki, Vyaçeslav Taran Vladivostok Dövlət İqtisadiyyat Universitetini bitirib. O, 1997-ci ildə “Forex Club”u təsis edib (hazırda “Libertex Group” brendi altında fəaliyyət göstərir). Biznesmen son on ildə Monakoda yaşayıb. O, həmçinin Lozannadakı “YouHodler”in idarə heyətinin üzvü olub.
İqbal Rzayev,
KONKRET.az