Rusiyalı deputat Valuyev axtarışa verildibackend

Rusiyalı deputat Valuyev axtarışa verildi

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya Dövlət Dumasının deputatı və idmançı Nikolay Valuyev barəsində axtarış elan edib.

KONKRET.az bu barədə TASS-a istinadla xəbər verir.

Ağır çəkidə keçmiş dünya çempionuna qarşı ağır nəticələrə gətirib çıxaran “Ukraynanın ərazi bütövlüyünə qəsd” maddəsi ilə qiyabi ittiham irəli sürülüb.

Valuyev həmçinin Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına daxil edilib.

Qeyd edək ki, 2014-cü ildən tərtib olunan “Mirotvorets” portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*