Hərbi Məhkəmə 58-ci Ordunun keçmiş komandanı, general-mayor İvan Popovu istintaq təcridxanasından ev dustaqlığına buraxıb.
KONKRET.az xəbər verir ki, bununla da, istintaqın tələbi təmin edilib.
Bundan əvvəl generala üç dəfə həbs qətimkan tədbirinin yumşaldılmasından imtina olunub.
İvan Popov külli miqdarda dələduzluqda (Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) ittiham olunur.
49 yaşlı keçmiş rus komandiri Ukraynanın cənubundakı Zaporojya vilayətində döyüşən 58-ci ordunun komandiri olub.
O, həmin ərzidə istehkamların tikintisi üçün nəzərdə tutulan 1700 tondan çox metal məmulatının oğurlanmasında iştirak edib. Dəyən zərərin məbləği 105 milyon rubl təşkil edib.
Popov günahını etiraf etməyib. İstintaqın məlumatına görə, onunla birlikdə mütəşəkkil cinayətkar dəstədə general-leytenant Oleq Tsokov və iş adamı Sergey Moiseev də olub. Tsokov 2023-cü ilin yayında Ukrayna müharibəsində həlak olub və ölümündən sonra Rusiya Qəhrəmanı adına layiq görülüb. Onun barəsində açılan cinayət işinə xitam verilib. Moiseyev isə tutularaq istintaq təcridxanasına göndərilib.
Burhan,
KONKRET.az