Rusiyalı general miqrantlara qarşı sərt qanunlar tələb etdi, deputatları “axmaq” adlandırdıbackend

Rusiyalı general miqrantlara qarşı sərt qanunlar tələb etdi, deputatları "axmaq" adlandırdı

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin ölkədəki miqrant təglükəsindən danışarkən Rusiya parlamentinin aşağı palatasının üzvlərini “axmaq” adlandırması deputatların etirazına səbəb olub.

KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, Rusiya İstintaq Komitəsi sədri Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda üzünü zalda oturmuş qadın deputata tutaraq “ümumiyyətlə, orada oturan axmaqlar nə işlə məşğuldur” deyib.

Dövlət Dumasının cavabı isə gecikməyib. Belə ki, Dövlət Dumasının deputatı Yevgeni Popov baş verənləri “inanılmaz kobudluq” adlandırıb.

Popov həmkarının İstintaq Komitəsinin sədri tərəfindən “dindirilməsindən” qəzəbləndiyini də ifadə edib:

“Bu, bir general üçün biabırçılıqdır. Bastrıkin Rusiya parlamentinin aşağı palatasına gələ və miqrasiya qanunvericiliyi ilə bağlı təkliflərini səsləndirə bilər. Əgər belə bir istək yoxdursa, kobudluğa da ehtiyac görmürəm”.

Orxan Həsənli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*