Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, general-mayor Apti Alaudinovun verdiyi məlumata görə, indi Kursk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin irəliləyişi dayandırılıb, Rusiya qüvvələri düşməni “geri itələməyə” başlayıb.
KONKRET.az xəbər verir ki, xəbər verir ki, bu barədə o, “Birinci Kanal”ın efirində danışıb.
“Bizi bura göndərəndə onlar fəal şəkildə irəliləyirdilər. Fəxrlə deyə bilərəm ki, biz bura gəldiyimiz andan onlar nəinki bir metr irəlilədilər, əksinə, biz onları dayandırdıq və maksimum sayını məhv edərək geri itələməyə başladıq”. RİA Novosti onun dediklərindən sitat gətirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az