Rusiyalı miqrantların ən çox üz tutduğu ÖLKƏbackend

Rusiyalı miqrantların ən çox üz tutduğu ÖLKƏ

Qazaxıstan və Belarusda respondentlərin 50%-dən çoxu Rusiyadan gələnlərin onların həyatına nəzərəçarpacaq təsir göstərməyəcəyini deyir.

KONKRET.az xəbər verir ki, bunu “Platform” Sosial Dizayn Mərkəzi və “OnIn” tədqiqat şirkəti tərəfindən keçmiş SSRİ-nin doqquz ölkəsində aparılan tədqiqatın nəticələri göstərir.

Məsələn, Gürcüstanda bu rəqəm 21% təkil edir.

Sorğu iştirakçıları şikayət edirlər ki, yeni sakinlərin gəlməsi yaşayış xərclərinin artmasına, müxtəlif mentalitet və ya dəyərlər fonunda münaqişələrin yaranmasına gətirib çıxarır.

Ancaq Gürcüstanda gələn rusların faydalı ola biləcəyinə inananların da var. Bunlar respondentlərin 40%-dən çoxunu təşkil edir.

Ermənistanda isə 73% bu fikirdədir. Yüksək ixtisaslı mütəxəssislərin gəlməsi, xidmətlərə tələbatın artması və yerli sakinlər üçün qazanc imkanları Tacikistan (55%) və Qırğızıstan (42%) sakinləri tərəfindən də müsbət qarşılanır. Özbəkistanda respondentlər mütəxəssislərin gəlişindən məmnun olduqlarını (46%) qeyd etsə də, 23% bunun əksini düşünür.

Eyni zamanda, Qazaxıstan və Mərkəzi Asiya sakinləri əmindirlər ki, (48-63%) əcnəbilər onlarla qalmayacaq, başqa ölkələrə gedəcək və ya geri qayıdacaq.

Ermənistanda vəziyyət əksinədir, respondentlərin 63%-i rusların ölkələrində qalacağına inanır, Gürcüstanda isə 57%-i bu fikri bölüşür. Azərbaycanda isə 9% Rusiyadan gələnlərin həmişəlik onlarla qalacağına əmin olduğunu bildirib.

Qeyd edək ki, mart ayında Ermənistan hökuməti 2022-ci ildə ölkəyə 110 mindən çox rusiyalının gəldiyini bildirib. Rusiyadan olan 2,5 min hüquqi şəxs və daha 4 min fərdi sahibkar bu ölkədə qeydiyyata alınıb. Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanın sözlərinə görə, ölkə iqtisadiyyatının 12,6%-lik ümumi artımının üç faiz bəndi rusların köçürülməsi hesabına təmin edilib.

Aprel ayında Gürcüstanın Milli Statistika Xidməti ötən il ölkəyə Rusiyadan 62,3 min köçkünün gəldiyini bildirib. Daha əvvəl Tbilisi ölkəyə ümumilikdə 1,5 milyon rusiyalının daxil olduğunu bildirsə də, söhbət turistlərdən və qısa müddətdən sonra geri qayıdanlardan gedir.

Gürcüstan Ədliyyə Nazirliyinin məlumatına görə, ruslar 2022-ci ildə ölkədə 6 min mənzil alıblar. 2023-cü ilin birinci rübündə Rusiya vətəndaşları əcnəbilərə satılan 5159 mənzildən 2,1 mini alıb.

Məlumata görə, 200 mindən çox Rusiya vətəndaşı Qazaxıstana daxil olub ki, bununda təxminən 147 min ölkədən gedib.

Britaniyanın “Oxford Economics” konsaltinq şirkəti hesablayıb ki, ruslar yalnız sentyabr ayında (qismən səfərbərlik elan olunanda) ümumilikdə Ermənistan, Gürcüstan və Qazaxıstana təxminən 3 milyard dollar nağd pul gətirə bilər. Bildirib ki, Qazaxıstanda 2022-ci ildə Rusiya vətəndaşlarının bank depozitlərindəki vəsaitlərin həcmi 4 dəfədən çox artaraq 1,4 milyard dollar təşkil edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*