Gürcü əsilli rusiyalın estrada ifaçısı İrakli Pirtsxalava Moldovaya buraxılmayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Moldovanın TV-5 kanalı məlumat yayıb
Bildirilib ki, müğənni bu yaxınlarda Moldova siyasətçisi İlan Şorun namizədliyini dəstəklədiyi müxalifət nümayəndəsi Tatyana Koçiunun mer seçkilərində qalib gəldiyi Orxey şəhərində bayram tədbirlərində çıxış etməyi planlaşdırıb.
“Sənətçi bir neçə Yeni il konsertlərində iştirak etmək üçün Moldovaya uçub. Lakin ölkəyə girişinə icazə verilmıyib. İmtina səbəbi hələ məlum deyil”, – deyə kanalın saytında yerləşdirilən məlumatda qeyd olunub.
Moldova hakimiyyətinin isə məlumatı şərh etmədiyi bildirilib.