Rusiyalı turist: “Bakı məni buraxmaq istəmir”backend

Rusiyalı turist: "Bakı məni buraxmaq istəmir"

Natalya Artyomova

Rusiya Poçtunun Samara vilayəti üzrə ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Natalya Artyomova özünün facebook səhifəsində Bakı haqqında status paylaşıb. Artıq növbəti dəfədir Bakıya gəldiyini və bundan məmnunluq hissi keçirdiyini vurğulayan rusiyalı turist şəhərlə arasında olan qarşılıqlı sevgidən danışıb: “Bu gün aviaşirkət xatırlatdı ki, tezliklə uçmaq vaxtımdır. Şəhər isə məni buraxmaq istəmir. İndi bir dəha əmin oldum ki, bu, qarşılıqlı  sevgidən doğur. Məni 6-cı dəfər qarşıla! Mənim sevimli şəhərim Bakı”.

Statusda verilən şərhlərdə Bakı haqqında ən xoş sözlər ifadə edilib. Şəhərin gözqamaşdıran gözəlliyi xüsusi olaraq vurğulanıb.

 

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*