Rusiyanı məğlub etməyin yeganə yolu budur: Zelenski çətin SEÇİM QARŞISINDAbackend

Rusiyanı məğlub etməyin yeganə yolu budur: Zelenski çətin SEÇİM QARŞISINDA

Ukraynanı yaxın günlərdə ciddi seçim gözləyir.

KONKRET.az-ın xəbərinə görə, Politico yazır ki, Rusiya bazar ertəsi Kiyev və onun müttəfiqlərinin təkliflərini nəzərə alaraq yenidən işlənmiş sənəd variantını qəbul etməyib.

Nəşrin məlumatına görə, danışıqlar nəticəsiz qaldığı təqdirdə proses yenidən ilkin layihəyə, 28 bənddən ibarət atəşkəs razılaşmasına qaytarıla bilər. Bu isə Ukrayna Prezidenti Volodimir Zelenskini çətin seçim qarşısında qoyacaq: Donald Tramp və Vladimir Putin tərəfindən hazırlanan sənədi qəbul etmək, yoxsa Avropanın yardımına ümid bəsləmək haqda düşünəcək.

Bununla belə, Politico xatırladır ki, Avropa ölkələri hələ də Ukraynaya nə hərbi qüvvə, nə tələb olunan silah-sursat, nə də dondurulmuş Rusiya aktivlərindən əldə olunan vəsaitləri təqdim edir.

“Republicans Overseas” təşkilatının Britaniya bölməsinin rəhbəri Qreq Svenson deyib:

“Rusiyanı məğlub etməyin yeganə yolu döyüşməkdir, ancaq Avropada buna hazır olan yoxdur”.

Bu fonda Avropa İttifaqında Rusiya aktivlərinin istifadəsi ilə bağlı danışıqlar intensivləşsə də, hələlik ciddi irəliləyiş qeydə alınmayıb. Bəzi diplomatlar ümid edirlər ki, ABŞ-ın təzyiqi Belçika da daxil olmaqla tərəddüd edən ölkələri razılaşmaya sövq edə bilər.

Müzakirədə olan variantlar arasında aktivlərin qismən istifadəsi ilə yanaşı, Aİ istiqrazlarının buraxılması və ya üzv dövlətlərin birbaşa maliyyə töhfələri də yer alır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*