Rusiyanın müdafiə naziri Andrey Belousovun sevgili olduğu iddia edilən Mariya Şalayevanı 100 milyon dollarlıq hərbi yük təyyarəsi ilə manikür proseduruna göndərdiyi iddia olunub.
KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “The US Sun” məlumat yayıb.
İddiaya görə, Belousovun sevgilisi 23 yaşlı Mariya Şalayeva Müdafiə Nazirliyinin “İlyuşin-76” təyyarəsi ilə Rostov-na-Dona aparılıb.
Şalayeva sosial şəbəkədə etdiyi paylaşımda “Kim deyir ki, təyyarələr Rostova getmir, gedirlər, amma hamı üçün yox. Kremldən bir nəfərlə münasibətim var. Etibarlılıq səviyyəm 200 faizdir” yazıb.
Onun daha sonra sildiyi bu paylaşımı ilə müdafiə nazirinə işarə etdiyi iddia olunub.
Bu hadisə Kremldə ciddi təhlükəsizlik narahatlığına səbəb olub. Kremldəki hərbi mənbələr belə məlumatların Qərb kəşfiyyat agentlikləri üçün əhəmiyyətli üstünlük yarada biləcəyinə diqqət çəkib.