Rusiyanı tərk edən şirkətlərin sayı AÇIQLANDIbackend

Rusiyanı tərk edən şirkətlərin sayı AÇIQLANDI

Ukraynadakı vəziyyət fonunda Aİ və G7 ölkələri şirkətlərinin 9 faizi Rusiya bazarını tərk edib.

KONKRET.az xəbər verir ki, bu barədə Sankt-Qallen Universiteti İsveçrədən olan iqtisadçıların araşdırmalarına istinadən məlumat yayıb.

Bildirilib ki, bu barədə universitetin professoru Simon Evenett və Lozannada yerləşən Beynəlxalq İdarəetmə İnkişafı İnstitutunun alimi Nikkolo Pisani araşdırma aparıb.

Ekspertlərin fikrincə, Ukrayna müharibəsinə qədər Rusiyada Aİ və G7 ölkələrinin 1404 şirkətinin 2405 törəmə müəssisəsi fəaliyyət göstərib.

Keçən ilin noyabr ayının sonuna olan məlumata görə, onların 9 faizindən azı Rusiyadakı ən azı bir filialını tərk edib.

Məlumatlar göstərir ki, baş ofisi Aİ və G7-də olan çoxlu sayda şirkət Rusiyada fəaliyyət göstərməkdə və sərmayə qoymaqda davam edir.

Evenett və Pisaninin araşdırmasına görə, ABŞ şirkətlərinin 18 %-i, Yaponiya şirkətlərinin 15 %-i və Aİ şirkətlərinin 8,3 %-i Rusiyanı tərk edib.

Rusiyada qalan Aİ və G7 ölkələrindən 19,5 % Almaniya, 12,4 % ABŞ, 7 % Yaponiya şirkətləridir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*