“Hazırda Ermənistanda 40 minə yaxın Rusiya vətəndaşı qanuni yaşamaq hüququ və ya etibarlı yaşayış icazəsi ilə yaşayır”.
Ermənistanda 40 minə yaxın Rusiya vətəndaşı qanuni şəkildə yaşayır.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası respublika Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinə istinadən xəbər verir.
Qeyd edək ki, 2023-cü illə müqayisədə 2024-cü ildə Rusiya vətəndaşlarının Ermənistana giriş-çıxış fərqi azalıb. 2023-cü ildə Ermənistana daxil olanların sayı gedənlərin sayını 23 min, 2024-cü ildə isə cəmi 4600 nəfər ötüb.
Ermənistana gələn Hindistan vətəndaşlarının sayı da artır. Əgər 2023-cü ildə ümumilikdə 29 815 giriş vizası verilibsə, yalnız 2024-cü ilin birinci yarısında bu rəqəm 31 924-ə çatıb.
Eyni zamanda, əcnəbilərin müraciətlərinin rədd edilməsi hallarının sayı artdığından, yaşayış statusunun verilməsi üzrə göstəricilər azalıb. 2024-cü ildə Hindistan vətəndaşlarına Ermənistanda yaşamaqla bağlı 858 status verilib.
Ermənistan vətəndaşlarının sərhədi keçməsinə gəlincə, 2023-cü ilin birinci yarısında 26 min, 2024-cü ilin eyni dövründə isə 23 min nəfər ölkəni tərk edib.
Günel Mikayılova,
KONKRET.az