Rusiyanın bir şəhərində bütün məktəblər karantinə alındıbackend

Rusiyanın bir şəhərində bütün məktəblər karantinə alındı

Rusiyanın Sıktıvkar şəhərində bütün məktəblər, eləcə də əlavə təhsil müəssisələri karantinə bağlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Regional Rospotrebnadzor İdarəsinin tövsiyəsi ilə ARVI-ya yoluxma hallarının artması ilə əlaqədar noyabrın 28-dən dekabrın 4-dək tədris prosesi dayandırılıb.

“Bu müddət ərzində bütün dərnək və seksiyaların işi dayandırılıb, uşaqların iştirakı ilə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib”, – mətbuat xidmətinin məlumatında deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*