Rusiyanın bu raketləri Patriot sistemlərinin işini çətinləşdirir – YENİ DETALLARbackend

Rusiyanın bu raketləri Patriot sistemlərinin işini çətinləşdirir - YENİ DETALLAR

ABŞ Hərbi Kəşfiyyat İdarəsi (DIA) bildirib ki, Rusiyanın təkmilləşdirilmiş manevr imkanlarına malik ballistik raketlərdən istifadəsinin artması Ukraynanın “Patriot” zenit-raket komplekslərinin (ZRK) effektivliyini azaldıb. Bu barədə The War Zone nəşri məlumat yayıb.

KONKRET.az xəbər verir ki, Ukrayna Hava Qüvvələri son aylarda çətinliklərlə üzləşib. Rusiyanın modernləşdirdiyi raketlər artıq klassik ballistik trayektoriya ilə deyil, uçuş zamanı trayektoriyanı dəyişərək və müxtəlif manevrlər edərək hədəfə çatır. Bu isə müdafiə sistemlərinin onları vaxtında aşkar edib vurmasını xeyli çətinləşdirir.

Məsələn, 28 iyun hücumu zamanı Rusiya yeddi ballistik raketdən istifadə edib, Ukrayna isə onlardan yalnız birini məhv edə bilib. 9 iyulda isə müharibənin başlanğıcından bəri ən böyük hava hücumu həyata keçirilib: 13 raket buraxılıb, onlardan yalnız yeddisi vurulub və ya elektron vasitələrlə zərərsizləşdirilib.

Kəşfiyyat hansı raketlərin istifadə edildiyini açıqlamasa da, böyük ehtimalla söhbət “İskander-M” və ya Şimali Koreya istehsalı KX-23 raketlərindən gedir. Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi Yuri İqnat hələ may ayında Rusiyanın bu raketləri təkmilləşdirdiyini və bunun onların ələ keçirilməsini çətinləşdirdiyini bildirmişdi.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*