Çelyabinsk vilayətinin operativ qərargahı regionda dronların istifadəsinə qadağa qoyulması barədə qərar qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə regional İctimai Təhlükəsizlik Nazirliyindən məlumat verilib.
Departamentdən bildirilib ki, pilotsuz uçuş aparatlarından (PUA) istifadəyə qadağa “Əsas hazırlıq səviyyəsi” rejiminin ləğvinə qədər olan müddətə müəyyən edilib.
Qeyd olunur ki, federal departamentlərin yerli bölmələri, regional icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və onların tabeliyində olan qurumlar tərəfindən öz funksiyaları çərçivəsində istifadə olunan pilotsuz uçuş aparatları istisna edilir.
Analoji qadağa daha əvvəl Rusiyanın bir sıra digər regionlarında, həmçinin Voronejdə də tətbiq edilib.