“Rusiyanın çətiri altından çıx, hələ ona düşmən də kəsil. Bu adamlarda ağıl var?”backend

"Rusiyanın çətiri altından çıx, hələ ona düşmən də kəsil. Bu adamlarda ağıl var?"

“Cənubi Qafqazda xarici siyasi vektoru Qərbə yönələcək təhlükəsiz Ermənistan ola bilməz. Üstəlik, Qərbi seçən bir ölkə öz fiziki mövcudluğunu itirəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri Politoloq Qrant Mikayelyan bildirib.

“Hətta Türkiyə BRİKS-ə üzv olmaq istəyirsə, Ermənistan necə Qərbin bir hissəsi ola bilər?”, – deyə Mikayelyan bildirib.

Onun sözlərinə görə, bir şey danılmazdır: Ermənistana maliyyə sərmayəsi sayəsində Qərb hələ də erməni xalqının Qərbin bir hissəsi olmaq istədiyi barədə ictimai rəy formalaşdıra bilir. Əslində Qərb heç vaxt Ermənistanı onun bir hissəsi etmək istəməz, sadəcə olaraq Avropa anti-Rusiya ideyasını qidalandırmaqla Politoloq təkidlə deyib ki, “Qərbin Ermənistana verdiyi hər bir vəd yalandır. Süni şəkildə yaradılan təbliğat belədir ki, Qərb alternativdir. Çünki Rusiyanın təhlükəsizlik çətiri çox pis vəziyyətdədir.

“Rusiyanın təhlükəsizlik çətiri, şübhəsiz, 100 faiz effektiv deyil, ancaq onun altında qalıb nəsə almaq başqa, altından çıxıb Rusiyaya düşmən olmaq başqa şeydir. Bunu təbliğ edənlərə sual verirəm: Ermənistan Rusiya ilə düşmənçilik edib dinc yaşaya biləcəkmi?”, – deyə Mikayelyan bildirib.

Politoloq Ermənistanın təhlükəsizlik sisteminin şaxələndirilməsi ilə bağlı açıqlamalar verənlərə də xatırladıb ki, diversifikasiya düşmənlərin yox, tərəfdaşların sayının artırılması deməkdir.

“Kim dedi ki, təhlükəsizlik sisteminin diversifikasiyası oyunçuların sayının azaldılması deməkdir, əksinə, bu, sayının artması deməkdir və bu halda Hindistan və digər ölkələr də tərəfdaş Rusiyaya qoşulacaq. Heç kim oyundan kənarda qalmazdı, çünki oyundan kənar ölkələr bizə qarşı neytral qalmayacaq, onlar bizim rəqibimiz olacaqlar”, – deyə politoloq fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*